Ceyhundan yeniliklər AÇIQLAMA

Müğənni Ceyhun Əliyev yaradıcılığında yeniliklər edib. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Bildiyiniz kimi, daima üzərimdə çalışan sənətçiyəm. Hər zaman çalışıram ki, yaradıcılığımda yeniliklər edim. Yenə bu ənənəmə sadiq qalmışam. Belə ki, "Təkbətək" və "O, mənim ulduzumdu" adlı mahnılarımı dinləyicilərin ixtiyarına vermişəm. Bəstələrin hər ikisində sevgidən bəhs olunur. Mahnılarımın dinləyicilər tərəfindən kifayət qədər seviləcəyinə ümid edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə