“Maşın” realiti-şousunun 15-ci buraxılışının qalibi Talıb Tale yeni avtomobili ilə birlikdə atasının yanına Göygölə gedib. SİA-nın məlumatına görə Talıb atasının yaşadığı evdə tələbəlik illərinin keçdiyi bildirib.
Oğlunu görən at göz yaşlarını saxlaya bilməyib. O, övladını şouda hər kəsin təkləməsindən şikayətlənib: “Yeganə arzum idi ki, Talıb bir iş etsin. İndi qalib oldu. Artıq evlənmək zamanıdır. Ondan sonra övladımla fəxr edəcəm”.
Talıb müzakirələrə səbəb olan atasının qaldığı dağınıq evdən də danışıb: “Bura toylara gələndə dostlarımı evimizə gətirməyə utanırdım. Atam qoymurdu təmir etdirim. Kasıb görünə bilərik, əsas mənəviyyatımız olsun. Kasıbçılıqla böyümüşük. Müəllim ailəsi olmuşuq. Valideynlərim çalışıb müəllim maaşı ilə 4 uşağı böyüdüb. Evi təmir etdirmək istəmirəm. Atamı Bakıya yanıma aparmaq istəyirəm. Heç vaxt şəxsi həyatımı açıqlamaq istəmirəm. Amma indi evim gündəmə gəldi. Buna aydınlıq gətirməyə çalışıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB