Tacir Şahmalıoğlu: "Fədayə Laçının həbs olunmasına üzüldüm" AÇIQLAMA

Tacir Şahmalıoğlu: "Fədayə Laçının həbs olunmasına üzüldüm" AÇIQLAMA

Xəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın həbs olunub. Məsələ ilə bağlı ifaçıyla uzun müddət duet ortağı olan Tacir Şahmalıoğlu SİA-ya münasibət bildirib: "Fədayə xanımla cəmi 3 il duet ortaqları olmuşuq. 15 ildən çoxdur ki, onunla duet oxumuram. Heç toylara belə getmirəm. Ona görə də onun etdiyi heç bir əməldən xəbərim yoxdur. Bildiyimə görə, Fədayə xanım bundan öncə də bir neçə dəfə həbs olunub. Amma insan olaraq, F.Laçının həbs olunmasına üzüldüm".

Xatırladaq ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. Müğənni həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə