Elşad Xose və Oksana xalqı ələ saldı FOTOLAR

Elşad Xose və Oksana xalqı ələ saldı FOTOLAR

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xose tərəfindən döyüldüyü və bıçaqla hədələndiyi iddiası ilə polisə şikayət edib. SİA-nın məlumatına görə, Elşad Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparılıb və bir gün saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Elşad məsələyə sosial şəbəkədə münasibət bildirərək, media nümayəndələrini yalan yazmaqda günahlandırıb: "Ala, əl çəkin də... Artıq boş-boş kim nə dedi, elə təkrar edirlər. Təzəcə partimi sona çatdırdım. Məni tutublar, parti də zonda idi. Qurtarın ala da... Qəşəng yarımçıq işlərim var, tamamlayan kimi buraxıram ixtiyarınıza, qiymət verərsiz (gülür)”.

Oksana isə sosial şəbəkədə yeni görüntüsünü paylaşaraq “Mən xoşbəxtəm” şərhini yazıb.

Qeyd edək ki, E.Xosenin saxlanılma xəbərini DİN də təsdiqləyib. Onunla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə