Oktay Dilarəyə İstanbuldan ev aldı FOTO

Əməkdar artist Dilarə Əliyevaya həyat yoldaşı , "SOY" prodakşının rəhbəri Oqtay Əliyev bahalı ad günü hədiyyəsi edib. SİA-nın məlumatına görə, o, aktrisaya İstanbulda ev alıb.

Bu haqda ssenarist Fariz Əliyev "İnstagram"da yazıb. O, İstanbulda restoranda çəkilən və D.Əliyeva, O.Əliyev, qızları Aytən və Banunun da yer aldığı şəkli paylaşaraq, bunları qeyd edib: “Oqtay müəllim xanımının ad günündə ona İstanbulda ev hədiyyə etdi. Xeyirli olsun! Şadlıqlara yığışaq! İstanbulda balıq yeyib “evi yumaq” başqa ləzzətdir!”.

Bütün xəbərlər Facebook səhifəmizdə