Xəbər verdiyimiz kimi, 15-ci buraxılışı yayımlanan “Maşın” realiti-şousunin qalibi müğənni Talıb Tale olub. Deyilənlərə görə üç günə qədər avtomobil ətrafında oyaq qalan sənətçilər arasında razılıq olub. Talıb Xatuna maşından əlini çəkməsi üçün 5 min manat pul təklif edib. Hətta onların bu söhbəti efir zamanı da yayımlanıb. Əvvəlcə bununla razılaşmayan Xatun sonra fikrini dəyişib.
Məsələ ilə əlaqədar olaraq Xatunla əlaqə saxladıq. SİA-ya açıqlama verən ifaçı xəbərin yalnış olduğunu bildirib: "Deyilənlər yalandır. Talıbla aramızda belə söhbət olsa da qəbul etmədim. "Maşın" şoudakı avtomobili Talıb əziyyət çəkərək qazanıb".
Qarşı tərəf Talıb Tale ilə əlaqə saxlamaq istəsək də ifaçı zənglərimizə cavab vermədi.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB