Müğənni Kərim keçmiş həyat yoldaşı Təranə Səmədovanın 3 min manat pul oğurladığını iddia edir - QALMAQAL

Müğənni Kərim keçmiş həyat yoldaşı Təranə Səmədovanın 3 min manat pul oğurladığını iddia edir - QALMAQAL
2 gün öncə təşkil olunan məclislərin birinə qonaq qismində qatılan müğənni Kərim Abbasovla keçmiş həyat yoldaşı müğənni Rəqsanə İsmayılovanın prodüseri Təranə Səmədova arasında insident yaşanıb. Hadisənin necə baş verməsinin təfərrüatlarını tərəflər SIA-ya açıqlamalarında bildirdilər.

Kərim Abbasov: - Təranənin belə bir addım atacağını heç gözləmirdim. Səhnədə müğənni dostlarım Samira, Natavan Həbibi ilə birlikdə mahnı oxuyurduq. Birdən gözüm sataşdı ki, əyləşdiyim masada oturdular. Yerimdə oturan adamı ayağa qaldırmaq istəyədə gördüm ki, bu müğənni Rəqsanədir. Dostlarımdan biri mənə söylədi ki, Təranə avtomobilimin açarlarını masanın üstündən götürüb çantasına atdı. Mən nə qədər sumkanı onun əlindən almaq istəsəm də vermədi. Qaraqışqırıq salacağından və toya qırğın salmaqdan ehtiyatlandım. Mindi maşınıma, oğurlayıb getdi. Hadisənin şahidləri də var idi. Müğənnilər Emil Bədəlov, "Şeron" qrupunun rəhbəri Rüstəm Zeynallı və başqaları. Fotolar da çəkmişəm, necə mənim maşınımı "obqon" eləyir. Dərhal polisə müraciət etdim.Təranə polisə deyib ki, Mərdəkanda maşını buraxmışam dənizin içinə. Gəlib götürsünlər suyun içindən. Maşınımda 3 min manat başqa adama verəcəyim pul var idi. Pul yoxa çıxıb, oğurlayıb mənim pulumu. Avtomobili 16-cı polis bölməsinin əməkdaşları qaytardılar mənə. Təranə indi özündən min cür səbəb qoşa bilər. Amma buna görə hüquq-mühafizə oraqanları var. Əgər məndən nədəsə narazı idisə gedib polisə müraciət edəydi və ya məhkəməyə verəydi. Mənim maşınımı və içində olan pulları oğurlamaq... Bu söhbəti belə qoymayacağam. Lazım olsa yuxarı instansiyalara qədər gedib çıxacağam. Bu efirdə də işıqlanacaq ki, işə diqqətlə baxılsın. Belə çıxır ki, sabah məni Faiq Ağayev kimi yolun ortasında tutub bıçaqlasınlar? Mən Təranə ilə aramızda gedən, Ali Məhkəmədən tutmuş, Apelyasiya Məhkəmlərində qaldırdığımız bütün məhkəmə proseslərini udmuşam. Əgər səhv olsaydım məhkəmə məni günahkar bilərdi. Kiminlə istəyir gedib ayırd eləsin borcunun olub-olmamasını. Bunun mənə aidiyyatı yoxdur. Sadəcə, bu insan mənim maşınımı oğurlayıb. Bundan sonra ondan məni vurmağını da, üstümə adam saldırıb öldürdütməyini də gözləyə bilərəm. Hadisə ilə yaxın saatlarda prokurorluğa müraciət edəcəyəm. Deyə bilmərəm polislər nəyə əsasən onu evə buraxıblar. Amma bu iş belə qalmayacaq.

Təranə Səmədova: - Kərim Allahdan qorxmayıb, bu qədər borcun dalına keçibsə, utansın e, gedib güzgüdə özünə baxsın ki, həyatda kişi doğulub, qadın yox. Bu qədər mundarlıq olmaz. 3000 manat pul olsaydı deyərdim ki, götürmüşəm, aparıb borcundan ödəyirəm. Mən onun 3 min manat puluna qalmamışam. Vaxtilə evimdən qızılları götürüb çıxıb gedən adamdan mən qızıl istəməmişəmsə, indi niyə belə edirdim? Əgər onun maşında pulu var idisə gedib maşının bakına benzin vurardı. Utansın e, o qədər pulu maşınında gəzidirən insan camaat üçün ağlamaz ki, mənə toy verin. Bu addımı ona görə atdım ki, gəlib deyər ki, maşını qaytar, mən də deyim ki, borcumu qaytarsın. Qaçıb polisə müraciət etdi. Nə olsun? Kimə nə etdi? Məndən ayrılandan sonra görəsən 3 min manatın üzünü görübdür? Axırıncı dəfə o miqdarda pulu bəlkə mənim onu apardığım toylarda görüb. Maşında noutbuk və fotoaparat da var idi. Götürən idimsə, onları da götürərdim də. Dəfələrə eyni məclislərdə iştirak etmişik. Mən əsəb içində olsam da o ortalığa düşüb oynayırdı. Bu insanın necə də insaniyyətlikdən xəbəri yoxdur. Allahdan qorxmur. Mən axı nə vaxta kimi onun əvəzini banka aparıb pul ödəməliyəm? 2008-ci ildən banklardan birində ata mirasım olan evimi banka qoyaraq 20 min manat kredit götürübdür. Onu da banka ödəmir. Məhkəmələrdə də üz-üzə gəldik. Kərim boynuna almayıb dedi ki, o pulun hamısını mən götürməmişəm. Məbləğ ikimizin arasında bölünüb. Guya o, öz borcunu bağlayıb, mən qalmışam. Banka pul lazım idi, onlara maraqlı deyildi. Kərim Təranəni atıbdır, ya-yox? Məhkəmə bankın xeyrinə qərar çıxardı. Və qərara alındı ki, girov qoyulmiuş ev satışa çıxarılsın. Xahiş, minnətlə, kimlərəsə ağız açaraq 5 min 500 manat pul ödəmişəm, hamısını da çıxıblar faizə. İndi təzədən ayda 2 min manat ödəyib, may ayına qədər borcu bağlamalıyam. Niyə? Çünki, Kərim bugün özünü tanıdıb? 20 min manat bəs deyildi, hələ 3 min manatdan boynuma qoyur? 40 min manata qədər pul ödəmişəm mən. Bu hara sığan işdir axı? (Bu yerdə Təranə göz yaşlarına hakim ola bilmir və sözlərini ağlayaraq dilə gətirir - red.) Bəndələr mənə kömək ola bilmir, Allaha sığınmışam. Maşını ona görə götürmək məcburiyyətində qaldım ki, bəlkə bu insan adam olub gəlib deyər ki, yaxşı Təranə borcumu qaytaracağam. 3 min manatı maşında görənin balası ölsün, yox əgər var idisə, Kərim sağ olmasın, əgər mən götürmüşəmsə mənim balam ölsün. Utanmır, reklam lazım idi ona? Sevindi də Təranə maşını qaçırdı, əlinə yaxşı şans düşdü, reklam üçün. Dərdimi kimə deyim, bilmirəm. Onunla bir yerdə olduğumuz vaxtlarda heç nə görməmişəm. Ancaq özü üçün yaşayıb. Qazandığı bütün pulları özünə xərcləyirdi, mənim də evimi banka qoyub çıxıb getdi. Sonra deyir ki, Təranə məni biabır edib. Yox, bəlkə mən sənə şər atmışam? Eləmi? Bu qədər məni zülmə qoyandan sonra, mən çıxıb deməliydim ki, Kərim əsl kişidir?

Bütün xəbərlər Facebook səhifəmizdə