Müğənni Vəfa Şərifova gözündən əməliyyat olunub. SİA-ya bu haqda sənətçinin mətbuat katibi Zəminə xanım məlumat verib: "Vəfa xanım “Astiqmatizm” (gözün optik sisteminin defekti) xəstəliyindən əziyyət çəkirdi. İfaçı son günlər gözünün zəiflədiyini hiss edirdi. Həkimlər bunun üçün V.Şərifovanın əməliyyat olmağını vacib bildilər. Sənətçi təcili əməliyyata götürüldü. Bir neçə saat davam edən ağır əməliyyatdan sonra V.Şərifovanın görmə qabiliyyəti bərpa olunub. Müğənni hazırda özünü yaxşı hiss edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB