“Maşın” realiti-şousundan bu dəfə o getdi

“Maşın” realiti-şousundan bu dəfə o getdi

ATV kanalında “Maşın” realiti-şousunun 15-ci sürəti olan “Xanımlar vs cənablar” yarışmasının 14-cü günü baş tutub. SİA-nın məlumatına görə, iştirakçılar sms səsverməsinə kişi iştirakçı – İlkin Misgərlini çıxarıb. Aktyor hədəf kimi Talıb Taleni seçib: “Ülviyyə mənə müqavimət göstərmədi. Mən qalib gəldim. Amma mən indi ən güclü rəqiblə mübarizə aparacam. Talıb Taleni çıxaracam”.

T. Tale isə Misgərlinin bu seçiminə belə münasibət bildirib: “Mən bilmirdim o mənlə mübarizə aparacaq. Görünür, İlkin qadınlarla oynamaq istəyir. Bu yarışmaya əvvəldən, həttə sonralardan baxanlar belə bilir ki, nələr baş verir. Səninki oynamaq deyil, İlkin. Əgər mənimlə oynamaq istəyirdinsə, dünən qarşıma çıxardın. Sənin etdiyin mərdlik deyil. Bundan əvvəl səsverməyə çıxanda müdafiəsiz bir qadını yarışmadan kənarlaşdırdın, indi də məni seçdin. Çünki dünən səslərimi xərcləmişəm. Düzdü, burada hamının hədəfi maşını qazanmaqdır. Amma əsas məsələ o hədəfə necə getməkdir”.

Nəticələrə əsasən İlkin Misgərlinin lehinə 40.50, əlehinə isə 59.50 faiz səs verilib və o, şounu tərk etməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə