Elçin 4 aylıq oğlundan danışdı FOTO

“Əvvəllər mənə deyəndə ki, səni çox istəyirik, hər zaman belə şeylərdən sıxılırdım. Yaxud mənə deyəndə ki, darıxmısan mənim üçün? Bu kimi sözlərdən heç vaxt xoşum gəlməyib. Əgər insan darıxırsa, özü deməlidir. İndi danışmayan uşağa deyirəm ki, mən sənin üçün darıxmışam, darıxmısan mənim üçün? Sonra özümə deyirəm ki, nə oldu bəs? Sənin bu sözdən xoşun gəlmirdi axı”.
SİA-nın məlumatına görə, bu sözləri müğənni Elçin Cəfərov “Virtual həyat” proqramında deyib.

Sənətçi yeni dünyaya gələn oğlu Candan danışb: “Qucağımda gəzdirirəm. Məni görən kimi uzanan uşaq belini qaldırır. Bilir ki, mən gəlib bunu qucağıma götürəcəm. Evdə qucağa götürməyə öyrəşdirmirlər. Ancaq mən gələndə buna əməl etmirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə