Modelimiz New York Azərbaycanı belə təmsil etdi AÇIQLAMA-FOTOLAR

"Couture Fashion Week" hər zaman olduğu kimi, bu həftə də New Yorkda keçirilib. Bu barədə SİA-ya əslən azərbaycanlı model Stefano Suaros açıqlama verib: "Venesueladan olan məşhur dizayner Carlos Verlizin Spring Rock kolleksiyasının açılışını etdim. Səhnəyə çıxarkən məşhur azərbaycanlı model Stefano Suaros deyə təqdim edildim. Ölkəmizin adı xaricdə möhtəşəm salonlarda səslənməsi məni inanılmaz dərəcədə xoşbəxt edir. Çox sevinirəm ki, Azərbaycanda da moda sahəsi inkişaf etməyə başlayır. Onu da qeyd edim ki, daha öncə də Milan, Berlin, Paris və digər şəhərlərdə "Couture Fahion Week"in məşhur dizaynerlərin şou açlışlarını etmişəm. Hər zaman Amerikada "Couture Fashion Week" də yer almağı arzulamışam. Artıq iki ildir nəinki bu şouda model olaraq çalışmaq, hətta münsiflər heyyətində önəmli yerlərdən birini tuturam".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...