Natəvan Həbibi: “Tolik ürəyimcə olan proyekt tapmadı”-EKSKLÜZİV
Bir müddət öncə məşhur prodüser Tolik ləqəbli Tarix Əliyevlə iş birliyinə son qoyan müğənni Natəvan Həbibi prodüserlə olan münasibətlərindən söz açıb. Gəzən şayiələrə görə, Tolik müğənni Röya Ayxanla yenidən iş birliyinə imza atmaq üçün özü Natəvandan ayrılıb. SİA ilə həmsöhbət olan Natəvan isə başqa fikirdədir: "Bir vaxtlar Toliklə işləyib sonra da ayrılmışıq. İndi biz onunla yoldaşlıq münasibətlərindəyik. Tolik heç vaxt deyə bilməz ki, bizim iş birliyimizə o son qoydu. Çünki bu belə olmayıb. Tolikə zəng olunub deyilib ki, iş bitdi.
Bir vaxtlar Tolikin işindən razılıq bildirən Natəvan ayrılmaqlarının səbəbini məhz elə işlə əlaqələndirdi: "Buna səbəb heç bir işin ortada olmamasıdır. Tolik mənim ürəyimcə olan heç bir proyekt tapmadı."
Qaldı ki, Toliklə Röyanın münasibətlərinə: "Allah onları mehriban eləsin, mən nə deyə bilərəm ki. Hər halda onlar biri-birini çoxdan tanıyırlar və biri-birinin xasiyyətlərinə bələdirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB