Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir? VİDEO

Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir? VİDEO

Müğənni Nadir Qafarzadə yaradıcılığında yenilik edib. İfaçı sözləri Nurlan Hatəmoğluna, musiqisi Ruslan Səfəroğluna məxsus “Sən olmasan olmaz” adlı mahnı oxuyub. Yeni ifa etdiyi mahnı barədə N.Qafarzadə təəssüratlarını SİA-ya bölüşüb: “Repertuarıma daxil etdiyim mahnılara öz övladım kimi yanaşıram. Mahnılarım mənim üçün doğmadır. Bunu hər kəs anlamaz. Şükür edirəm ki, bu günə qədər müxtəlif janrlarda, müxtəlif bəstəkarların mahnılarına müraciət etmişəm”.

N.Qafarzadə onu bildirib ki, bir müddət Azərbaycanda olmayacaq: “Artıq bu gün Dubaya gedirəm. Bir müddət başım şou-biznesin bu səs-küyündən uzaq olacaq. Bəziləri elə bilir ki, Azərbaycanı birdəfəlik tərk edirəm. Amma mənim üçün doğma yurdum bir başqadır. Yəni məni Azərbaycandan getməyə məcbur edən səbəb yoxdur. Xoşbəxtəm. Sadəcə bir müddət Dubayda dincəlib qayıdacam. Çünki görüləcək xeyli işlər var”.

Bütün xəbərlər Facebook səhifəmizdə