“İçerde”nin "Alyanaq"ı xanımı ilə Azərbaycanda! FOTOLAR

Xəbər verdiyimiz kimi, “İçerde” serialında "Alyanaq" obrazı ilə məşhurlaşan türkiyəli aktyor Yıldıray Şahinler Bakıdadır. SİA-nın məlumatına görə, aktyor özü ilə xanımı Gizem Şahinleri də gətirib. Cütlük Bakı gəzintisindən fotoları sosial şəbəkədə paylaşıb. Onlar fotoya bu sözləri yazıblar: "Bakı çox gözəl, gülərüz şəhərdir. Bir şəhərin küçələrində, meydanlarında ağac olarsa, uşaqları şən, insanları xoşbəxt olar. Sağ ol, yaxşı Bakı”.

Şahinlər cütlüyünün Bakı səfərinin məqsədi Məlahət Abbasovanın “Məlahətli söhbətlər” proqramına qatılmaq olub. Aktyor verilişin növbəti buraxılışında qonaq qismində çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə