"Xanımlar vs cənablar" buraxılışının ilk günündə yaşananlar

"Maşın" realiti-şousunun 15-ci sürəti olan "Xanımlar vs cənablar" buraxılışının ilk günü keçirilib. SİA-nın məlumatına görə, şounu ilk tərk edən müğənni Vüqar Muradov olub. İfaçı "Maşın"ı tərk etməsi ilə bağlı bu sözləri deyib: "Murad bəy, məni sayıb buraya dəvət etdiyiniz üçün çox sağ olun. Təşəkkürümü bildirirəm. Burada böyük ordu var, hər şey qüsursuz və gözəldir. Mehriban xanıma da, digər iştiriakçılara da uğurlar arzulayıram. Amma elə başdan hədəf mən idim, sona qədər də mən oldum. Mən artistliyi bacarmamışam, bacarmayacam da! Kimlər daha yaxşı bacardı, onlara uğurlar arzulayıram. Mən bu həyatda 10 yaşımdan hər şeyi cırmaqlaya-cırmaqlaya, əziyyətlə əldə etmişəm. "Hazıra nazir" olmaq mənə qismət deyil. Mən ömür boyu əziyyət çəkmişəm, elə də yaşayacam".

Mehriban Xanlarova isə Vüqarı yarışmadan kənarlaşdırarkən bu sözləri deyib: "Çox sağ olun ki, məni burada saxladınız. Minnətdaram. Talıb, mənim rəqibim sən idin. Amma indi sən deyilsən. Mən bilirəm ki, söz deyəndə söz burada qalar. Amma Vüqar sözü saxlamadı. "Maşın" şoudan Vüqarı çıxarıram". Qeyd edək ki, sms səsverməsinə əməkdar artist Mehriban Xanlarova çıxıb. 52, 72 faiz səslə şouda qalmağı bacaran Mehriban xanım yarışmadan Vüqar Muradovu kənarlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...