Azərbaycanlı çoban "O səs Türkiyə"də VİDEO

Azərbaycanlı çoban "O səs Türkiyə"də VİDEO

Sosial şəbəkələrdə məşhurlaşan, çoban Pərvin Səfərov "O səs Türkiyə"də münsifləri heyran edib. SİA-nın məlumatına görə, həmyerlimiz "Nazəndə sevgilim" mahnısını ifa edib.

Səfərovun ifasını bəyənən Hakan, Hadisə və Murad ona tərəf dönüblər. Digər münsif, Yıldız Tilbe də Pərvinin səsini bəyəndiyini, sadəcə təmiz türk dilində oxumadığı üçün ona tərəf dönmədiyini bildirib.

Verilişin aparıcısı Acun İlıcalı Pərvinin Azərbaycanda çobanlıq etdiyi barədə hər kəsə məlumat verib və və onu məşhurlaşdıran videonu ekranda nümayiş etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə