Faiq Ağayev jurnalistlərlə sabah görüşəcək

Faiq Ağayev jurnalistlərlə sabah görüşəcək
Xəbər verdiyimiz kimi sentyabrın 27-də səhər saatlarında xalq artisti Faiq Ağayev və onun iki mühafizəçisi Bakının "Kubinka" adlanan ərazisində bıçaqlanmışdılar. Müğənni məhz bununla bağlı bu gün – oktyabrın 1-də Kliniki Tibbi Mərkəzdə mətbuat konfransı keçirməyi planlaşdırırdı. Lakin müğənnin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Faiq Ağayevin bu gün saat 17:00-a təyin etdiyi brifinq təxirə salınıb. Bunun səbəbləri barədə hələ ki, açıqlama verilmir. Tədbirin sabah baş tutacağı ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə