Dörd il yaradıcılıq fəaliyyətinə ara verdikdən sonra müğənni Roza Zərgərli yenidən estrada səhnəsinə qayıdıb. SIA-nın məlumata görə, müğənni səhnədən uzaqlaşmasının səbəbini Moskvada yaşaması ilə əlaqələndirib: "Artıq qayıtmışam, vətənimdəyəm. Qayıdan kimi musiqi albomu hazırladım, bu günlərdə albomda yer alan "Mənimlə mənsiz" adlı mahnıya çəkdirdiyim klipimi təqdim etdim. Albomda 10 mahnı yer alıb. Bunlar Aynur Adilqızı, Muxtar Abseynov, və "Klan-a-plan" qrupunun bəstələridir. Yeri gəlmişkən, artıq populyar olan "Mənimlə qal" mahnımın da müəllifi "Klan-a-plan" qrupudur. Klipin rejissoru isə Fuad Əlişovdur".
Qeyd edək ki, Roza Zərgərlinin çəkdirdiyi klip qrafik stildədir. Klipin qrafika rəssamı Elnur Əlişov, operatoru Samir Həsənovdur.
Qeyd edək ki, Roza Zərgərlinin çəkdirdiyi klip qrafik stildədir. Klipin qrafika rəssamı Elnur Əlişov, operatoru Samir Həsənovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB