“Best model of Azerbaijan-2010”-nın biletləri artıq satışda- FOTO

“Best model of Azerbaijan-2010”-nın biletləri artıq satışda- FOTO
"Best model of Azerbaijan-2010" yarışmasının final şousunun biletləri artıq satışa çıxarılıb. SİA-nın məlumatına görə, "Hezz club & restaurant"da baş tutacaq şouda qalib Azərbaycanı "Best model of the world" müsabiqəsində təmsil etmək hüququ qazanacaq.

Həmin gün təşkilatçılar tərəfindən gecəyə məxsusi dəvət olunan tanınmış simaların da qatılacağı gözlənilir. "Best model of Azerbaijan-2010" final şousunun ən aşağı satış qiyməti 100 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə