15 yaşlı Ceyla “Zamanında” adlı yeni klipini təqdim edib- FOTOSLAYD

15 yaşlı Ceyla “Zamanında” adlı yeni klipini təqdim edib- FOTOSLAYD
Şou-biznes aləmi yeni fəaliyyətə başlayan 15 yaşlı gənc müğənni ilə bir az daha genişləndi. Baxmayaraq ki, Ceyla 15 yaşındadır, ancaq o, bu sənətə çox iddialıdır. SİA-nın məlumatına görə, Ceyla media nümayəndələrinə "Zamanında" adlı yeni klipini təqdim edib. Klipin rejissoru hamının yaxşı tanıdığı Rəna Qulamovadır. Mahnının musiqisi Ceylaya, sözləri isə nəğməkar şairə Leyliyə məxsusdur.

Məlumat üçün bildirək ki, bu Ceylanın sayca ikinci klipidir. Bundan əvvəl müğənni musiqisi Zamiq Qasımova, sözləri isə Leyliyə aid olan "Səninəm" mahnısını ekranlaşdırıb.

Qeyd edək ki, gənc müğənninin sənətdə ilk müəllimi tanınmış bəstəkar Nailə Mirməmədli olub. Hazırda "Şeron" qrupunun rəhbəri Rüstəm Zeynalovdan həm xalq mahnılarını, muğamları, həm də əcnəbi musiqiləri öyrənir. Musiqiyə sonsuz sevgi bəsləyən Ceyla müğənnilikdən başqa həm də bəstəkarlıq edir. Bundan sonra onun yeni mahnılarını bir sıra müğənnilərin ifasında eşidə biləcəksiniz.

Sənətkarlarımızın mahnılarını sevə-sevə dinləyən Ceyla, əcnəbi musiqilərə də üstünlük verir. O, daha çox Şade, Maysa, Stiv Vander, Celine Dion və digər məşhurların yaradıcılığını izləyir, onların mahnılarına qulaq asır.

Bütün xəbərlər Facebook səhifəmizdə