Müğənni Xatun Əliyeva bundan sonra “Zarafat-zarafat” verilişinə aparıcılıq etməyəcək. SİA-ya bu haqda ifaçının prodüseri Pənah Eldaroğlu açıqlama verib: "Bildiyiniz kimi, “Zarafat-zarafat” verilişi “Soy” prodakşına aid idi. Həmin prodakşınla müqavilənin vaxtı 1 il idi, bitdi. Hazırda Xatun xanım “Bacanaqlar” serialında rol alıb. Sənətçi həmin ekran işində qayınana obrazını canlandırır. İfaçı bu mövsüm heç bir kanalda aparıcılıq etməyi düşünmür”.

Qeyd edək ki, “Zarafat-zarafat” verilişinə hazırda Mətanət Əliverdiyeva aparıcılıq edir.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə