Xəbər verdiyimiz kimi, sentyabrın 27-də səhər saatlarında xalq artisti, məşhur müğənni Faiq Ağayev və onun iki mühafizəçisi Bakının "Kubinka" adlanan ərazisində bıçaqlanmışdılar. F.Ağayev həmin hadisə zamanı 6 bıçaq yarası almışdı. Müğənni və mühafizəçiləri Kliniki Tibbi Mərkəzdə əməliyyat olunublar. SİA-nın məlumatına görə, bu hadisədən sonra müğənni bəyanatla çıxış edib.
"Mən bu dəhşətli hadisə başımıza gələndən bəri bu günlər ərzində mənə görə narahat olan, saatlarını, günlərini xəstəxananın qarşısında xəbər gözləyərkən narahat olan, Allaha tezliklə sağalmağım üçün dualar edən bütün fanatlarıma, dostlarıma, həmkarlarıma və media nümayəndələrinə minnətdarlığımı bildirirəm. Hər birinizin qarşısında baş əyirəm. Söz verdiyim kimi həkimlər icazə verən kimi sizinlə görüşmək istəyirəm. Hər birinizə çox sağolumu bildirmək üçün. Sizin Faiq Ağayev..."
Məhz bu münasibətlə bu gün – oktyabrın 1-də müğənni mətbuat konfransı keçirəcək. Xalq artistinin mətbuat xidmətindən verilən məlumata görə, mətbuat konfransı saat 17-18.00 arası F.Ağayevin müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə keçiriləcək.
Məlumatda bildirilir ki, müğənni jurnalistlərə sentyabrın 27-də baş vermiş hadisə barədə açıqlama verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB