Murad Dadaşov: "Qalibə 60 min manatlıq avtomobil verəcəm"

Əməkdar artist Murad Dadaşov jurnalistlərlə görüşüb. SİA-nın məlumatına görə, şoumen oktyabrın 8-də başlayacaq "Maşın" realiti-şou ilə bağlı sualları cavablandırıb.

Dadaşov bu dəfə qalibə veriləcək avtomobilin dəyərini də açıqlayıb: "Yenə də "Nissanın" ən yeni modelini seçdik. Bu avtomobil Azərbaycana yeni gətiriləcək. Hələ satışda yoxdur. Dəyəri 60 min manatdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...