Kənan: "Göz yaşlarımı saxlaya bilmədim"

Kənan: "Göz yaşlarımı saxlaya bilmədim"

Xəbər verdiyimiz kimi, rejissorluğunu Kənan M.M.-in etdiyi "Gecə qonağı 2" filminin qala gecəsi keçirilib. SİA-nın məlumatına görə, rejissor qala gecəsindən sonra təəssüratlarını bölüşüb: “Ustad buyurub ki, tamaşaçıların qəlbini paramparça et, duyğuları ilə oyna, göz yaşlarına hakim ola bilməsinlər. Amma öncə bunları özün yaşa! Bəzən dil susar alqışların qarşısında sadəcə göz yaşları danışar. Əl çalan əlləriniz, gələn ayaqlarınız var olsun! Həyatın çox qəribə qanunları var. “Gecə qonağı 1”də adam axtarırdım ki, dəvətnamə verim. “Gecə qonağı 2”də isə hər şey tərsinə idi, oturmağa yer axtarırdıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə