Bəzi saytların yaydığı məlumata görə, meyxanaçı Rəşad Dağlı həmkarı Rüfət Nasosnu bıçaqlayıb. SİA-ya məsələni dəqiqləşdirmək üçün hər iki meyxanaçı ilə əlaqə saxlamaq istədi.
Meyxanaçı Rəşad Dağlı və köməkçisi telefonlarımıza cavab vermədi.
Meyxanaçı Rüfət Nasosnunun isə əməkdaşımıza cavabı belə oldu: "Xəbər yanlışdır. Rəşadla heç bir problemim yoxdur. Səhhətim də yerindədir. Rəşadla haqqımızda boş-boş xəbər yazan saytları da məhkəməyə verməyə düşünürəm. Məlumatı yazanda araşdırımaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB