Azərbaycanlı rejissor: "Daha klip çəkmirəm" AÇIQLAMA

Rejissor Zöhrab Ağayev (Zorik) yeniliklərindən söz açıb. SİA-ya açıqlama verən rejissor xeyriyyə məqsədi ilə yenidən tədbir keçirəcəyini bildirib: "Bildiyiniz kimi, artıq klip çəkmirəm. Hazırda xeyriyyə işləri görürəm. Belə ki, əqli cəhətdən qüsurlu olan və kimsəsiz uşaqlara maddi yardım edirəm. Xeyriyyə tədbirləri keçirirəm. Bir dəfə də belə bir tədbir reallaşdırmışam. Yenidən daha bir balamıza kömək etmək istəyirəm. Onu da deyim ki, həyata keçirdiyim xeyriyyə tədbirlərinin büdcəsi öz cibimdəndir. Heç kəsə ağız açıb, pul istəmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə