Müğənni Damla haqda yenidən xoşagəlməz dedi-qodular gəzir. SİA-nın məlumatına görə, ifaçının maşının əlindən alınması və evli kişidən hamilə qalması ilə bağlı xəbərlər yayılıb.
Müğənni barəsində danışılanlara sərt şəkildə cavab verib: "Aman Allahım, yazmağa söz də tapa bilmirəm. Bu iyrənc məlumatları yazmaq üçün görəsən nə qədər qonorar alırsınız? Lazımsız yerlərə tökdüyünüz pullara niyə gedib özünüzə mahnı alıb, aranjeman etmirsiniz? Hansı evli kişidən, uşaqdan söhbət açırsınız? Mən müsahibələrimdə hər dəfə vurğulamışam ki, rəsmi nikah olmadan heç bir şeydən söhbət gedə bilməz. Nə zaman evləndim? Uşaq şəkillərinə gəldikdə isə mən 4 ildir ki, "İnstagram" istifadəçisiyəm. Həmişə də uşaq şəkilləri paylaşmışam. Nə zaman ana olsam, qurban kəsəcəm. Nə bilirsiniz, bəlkə mənim heç vaxt uşağım olmayacaq deyə bu ağrını yaşayıram. Həsrətlə Allahdan möcüzə gözləyirəm. Bilib-bilmədən bu məntiqsiz yazılarınız hara qədər gedəcək? Hansı "Porsche"dən danışırsız? O qədər aciz qadınam ki, kiminsə mülkündə gözüm olsun? Kimsədən heç nə almamışam. Nə də o qədər şanslı qadın deyiləm ki, kimsə mənə var-dövlət bağışlasın. Hər şeyimi özüm almışam. Buna Allahım da şahiddir. Mənə şər atanlar, Allah sizi də bu günə qoysun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB