Bu məşhur “Maşın şou”da iştirak edəcək? AÇIQLAMA

Bu məşhur “Maşın şou”da iştirak edəcək? AÇIQLAMA

“Xanımlar və cənablar” devizi ilə yayımlanacaq “Maşın şou”sunun başlamasına sayılı günlər qalıb. Şou oktyabrın 8-dən efirdə olacaq. Layihədə iştirak edən məşhurların bir neçəsinin adı məlum olub.

Deyilənlərə görə, əməkdar artist Tünzalə Əliyeva, aparıcılar Vüsalə Əlizadə, İlhamə Bədəlova və İlqar Mikayıloğlu layihədə iştirak edəcək.

Adıçəkilən məşhurlardan biri əməkdar artist Tünzalə Əliyeva ilə əlaqə saxladıq. “Maşın şou”da iştirak edib, etməyəcəyi haqda maraqlandıq. SİA-ya danışan Tünzalə xanım bu haqda hələki açıqlama vermək istəmədiyini söylədi. O, yaxın günlərdə hər şeyin bəlli olacağını bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə