İki gün öncə əməkdar artist Röya Ayxanın jurnalistlərə verdiyi müsahibə zamanı “konsertdən real gəlir və izləyici yığan müğənnilərdən birincisi elə özüməm, ikincini axtarıram” dediyi fikirləri şou aləmində müzakirəsiz ötüşməyib. SİA-nın məlumatına görə, əməkdar artistin bu sözlərinə xalq artisti Faiq Ağayev biganə qalmayıb.

Mövzuyla bağlı F.Ağayevin mətbuat xidməti müraciət yayıb:"Əslində, xoşagəlməz haldır. Görünür, istəməsəm də, mövqe bildirməliyəm. Röya 2000-ci illərdə səhnəyə gəldiyi ilk, əzəl gündən məndən yalnız səmimi rəğbət, əməli dəstək görüb. El-aləmin onu kəsib-baltaladığı, kəskin tənqid etdiyi bir dönəmdə sənət aləmində ancaq mən ona arxa-dayaq durdum. Məlum açıq-saçıq klipi ucbatından yaranan qalmaqaldan sonra ATV-də yayımlanan Yusif Ağayevin "106 HOUSE" verilişinə zəng edib, canlı yayımda olan hələ gənc, peşəkar səhnədə yenicə addımlamağa başlayan Röyaya bunu dedim: "Ona çılpaqmı deyirsiz? Düz deyirsiz. Bəli, Röyanın qəlbi çılpaqdır, o maskalanmış halda qarşınıza çıxmır, dəstəkləyirəm onu! Bundan sonrakı illərdə də onu aşırı istedadlı, zəhmətkeş həmkarım sayıb, barəsində yalnız xoş, səmimi, sevgi dolu ifadələr işlədib, müxtəlif həlledici məqamlarında yanında dost, böyük qardaş kimi olmuşam".

Bütün xəbərlər Facebook səhifəmizdə