“Yanlış anlama” adlı komediya filminin ilk tanıtım çarxı yayımlanıb. SİA-nın məlumatına görə, ekran işi noyabrın 10-da yayımlanacaq. “Yanlış anlama” həm Türkiyə, həm də Azərbaycan kinoteatrlarında eyni vaxtda göstəriləcək.
Komediyanın türk aktyor heyətinə Şevket Çoruh, İlker Ayrık, Hakan Bilgin, Bahadır Efe, Duyğu Karaca, Pelin Sönmez, azərbaycanlı heyətinə isə Pərvin Abıyeva, İslam Mehrəliyev, Fərda Xudaverdiyev daxildir.
“DADA” prodakşn tərəfindən çəkilən filmin rejissoru Ulaş Cihan Şimşək, ssenari müəllifi isə Ayberk Çınardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB