İradə İbrahimova: "Uşaqlarıma qaynanam baxır" AÇIQLAMA

İradə İbrahimova: "Uşaqlarıma qaynanam baxır" AÇIQLAMA

Türkiyədə yaşayan müğənni İradə İbrahimova Bakıdadır. SİA-ya açıqlama verən ifaçı bundan sonra işlərinin başında olacağını bildirib: "Bildiyiniz kimi, ailə qurduqdan sonra yaradıcılıq işlərimə fasilə vermişdim. Övladlarıma görə, səhnədən uzaqlaşmışdım. Artıq onlar böyüyüb. Özlərini idarə edə bilirlər. Eyni zamanda qaynanam da uşaqların böyüməsində kömək edir. Bundan sonra işlərimin başındayam. Hazırda da Azərbaycandayam. Bu gün Türkiyəyə geri dönürəm. Amma yenidən Vətənə dönəcəm".

İfaçı yeni iş birliyində olduğu bəstəkardan da söz açıb: "Bəstəkar Gövhər Həsənzadə ilə yeni iş birliyimiz var. Belə ki, üç mahnı üzərində çalışırıq. Bəstələr hazırdır. Həmin bəstələrdən birini tezliklə təqdim edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə