Əməkdar artist: "Azərbaycanın suyu, çörəyi sizə halaldır"

Əməkdar artist: "Azərbaycanın suyu, çörəyi sizə halaldır"

Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova "Baku Crystal Hall"da möhtəşəm konsert verdi. SİA-nın məlumatına görə, bir çox şou-biznes nümayəndəsinin iştirak etdiyi konsertə əməkdar artist Lalə Məmmədova da gəlib. Sənətçi konsert haqqında bunları deyib: "Aygün Kazımovanın 4 gündür konsert bitib. Amma hələ də "Konsert necə keçdi?" soruşanlara təəssüratlarımı sözlə çatdıra bilmirəm. Çünki aldığım zövq, heyranlıq, təəccüb, sevinc, göz yaşı bir-birinə qarışıb. Özüm də çaşıb qalmışam. O həmin gecə nə idi elə?! Gözəl səhnə, işıqlar, dekorasiya, rəqqaslar, əla müşayiət, səslənmə, bir-birindən gözəl libaslar və səhnənin tam ortasında Aygün Kazımova. O gecə bizi həm ağlatdı, həm güldürdü, həm həyəcanlandırdı, həm də rahatlatdı. Bir sözlə, 1 neçə saatlıq real dünyadan ayaqlarımızı üzdü. Bununla da nə zamansa Rihannnalara, Madonnalara, Cey Lolara həsrətlə baxıb "bizdə belə bir konsert oolacaqmı?" arzumuz reallaşdı. Aygün Kazımova bunu bacardı. Bravo, təssüratımın qarşısında sözlərim çox zəifdir. Gördüyümüz xarici ulduzların konsertlərindəki şoularda onlar fonoqramla oxuyurdularsa, Aygün xanım bütün mahnılarını canlı oxudu, özü də hərəkətli rəqslərlə. Azərbaycanın suyu, çörəyi sizə halaldır. İzn versəniz, növbəti konsertinizdə böyük məmnuniyyətlə bek vokal oxuyardım. Sizdən hələ çox şey öyrənməliyik. Var olun. Bir sənət adamı olaraq belə konsertin yükünü hiss edib bütün əməyi keçən insanlara təşəkkürümü bildirirəm. Gördüyünüz hər bir iş Azərbaycan incəsənəti və estradasına böyük töhfədir".

Bütün xəbərlər Facebook səhifəmizdə