Yerli məşhurları belə görən olmamışdı FOTOLAR

Su İdmanı Sarayında "Ulduzlarla Çimərlik Voleybolu" yarışı keçirilib. SİA-nın məlumatına görə, layihənin təşkilatçıları Azərbaycan Televiziyası Mədəniyyət kanalı, Azərbaycan Voleybol Federasiyası və Su İdmanı Sarayı olub.

Səhnə ulduzları Zamiq Hüseynov, Fuad Musayev, Xəyyam Mustafazadə, Sərxan Bünyadzadə və Azad Şabanov professional idmançılarla birlikdə çimərlik voleybolunda özlərini sınayıblar. Onlar iki komandaya bölünərək maraqlı oyun təqdim ediblər. Boz komandada Zamiq Hüseynov, Xəyyam Mustafazadə və idmançılar Vadim Kutukov, Vadim Kempf yer alıb. Digər göy komandada isə Fuad Musayev, Azad Şabanov, Sərxan Bünyadzadə və idman ustası Samir Nəbiyev birləşib. 3 setdən ibarət olan yarış bozların xeyrinə 2-1 hesabı bitib.

Qeyd edək ki, tədbir konsert proqramı ilə davam edib. Konsertdə Manana, Samirə Allahverdi, Sevda Yahyayeva və gənc ifaçılar çıxış edib. Layihənin əsas məqsədi 2013-cu ildən Azərbaycanda fəaliyyətə başlayan çimərlik voleybolu idman növünə dəstək və idman, mədəniyyət sahələrini birləşdirmək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə