Bu gün əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkərin toyudur. SİA-nın məlumatına görə, Ülkər Engin adlı Türkiyə vətəndaşı ilə ailə qurur. Sənətçinin qızının toyuna şou-biznesin məşhur simaları dəvətlidir.
Cütlüyün sentyabrın 18-də xınası olub. Ülkər və Enginin oğlan toyu oktyabrda Antalyada olacaq.
Qeyd edək ki, M.İsgəndərli bildirib ki, məclis mediaya qapalı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB