Anar Nağılbaz “Retro Bakı” layihəsində FOTOLAR

Anar Nağılbaz “Retro Bakı” layihəsində FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi bu həftə sonuda zəngin konsert proqramı ilə Bakı sakinlərinin və qonaqlarının görüşünə gəlib. SİA-nın məlumatına görə, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə Fəvvarələr Meydanında keçirilən konsertlərdə bu dəfə müğənnilər İlqar Sahil, Samir Rəcəbov və Elxan Çələbi, reper Anar Nağılbaz, Aliyə Novruzova, Nicat Cəfərzadə, Fuad Əsədov, Gülnar Soltan, Hüseyn Xəlilov, Validə Salayeva, Mədinə Babayeva, Araz Ozara, Aybəniz Çələbi, Çimnaz Sultanova, Məryam Şabanova, Delya Əliyeva, “Köhnə Bakı” və “Məşəl” rəqs ansamblları çıxışları ilə hər kəsə xoş ovqat bəxş ediblər.

Müğənnilərin təqdim etdiyi rəngarəng musiqi sədaları altında paytaxt sakinləri və turistlər rəqslər edib və maraqlı anlar yaşayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə