“Lider” televiziyasından bu yaxınlarda ayrılan Lamiyə Ələkbərovaya İTV-də yeni vəzifə verilib. SİA-nın məlumatına görə, aparıcı İctimai Televiziyada (İTV) Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri vəzifəsinə təyin edilib.
Ələkbərovanın bundan sonra müəllifi və aparıcısı olduğu "Həyat tərzi” verilişi də İTV-də yayımlanacaq.
Qeyd edək ki, aparıcı 22 ildir televiziya sahəsində çalışır. O, bundan əvvəl Lider TV-də direktor müavini vəzifəsində çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB