Müğənni Günel Ələkbərova yeni gönüşündən söz açıb. SİA-nın məlumatına görə, ifaçı heç bir əməliyyat etdirmədən, dərman qəbul edərək arıqladığını bildirib: "Burun və dodaq kiçiltmə əməliyyatım olub. Amma nədənsə hamı elə bilir ki, hər yerim əməliyyatdı. Ən çox əməliyyat keçirən məşhurlar siyahısında adım birinci və ya ikinci qeyd edilir. O siyahıda özümü görmürəm. Çünki elə müğənnilərimiz var ki, özlərini sökdürüb, təzədən yığdırıblar. Sadəcə bunu işıqlandırmırlar”.
Sənətçi artıq çəki atmasından danışıb: “Son vaxtlar kökəlmişdim. Uşağımın artıq qalan yeməyini özüm yeyirdim. Bir müddətdir ki, o dərmanı qəbul edirəm. Amma nə qədər arıqladığımı dəqiq deyə bilmərəm. Bu dərmanın mənə heç bir ziyanı yoxdur. Gün ərzində 3 litr su içirəm. Hələ ki, tərəziyə çıxmamışam. Çünki xeyli çəki verəndən sonrakı nəticəni görmək istəyirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB