İzzət Bağırovun cangüdənini toyda döydülər FOTO-VİDEO

İzzət Bağırovun cangüdənini toyda döydülər FOTO-VİDEO

Paytaxt şadlıq evlərinin birində müğənni İzzət Bağırovun başına xoşagəlməz hadisə yaşanıb. SİA-nın məlumatına görə, paytaxt sakini Novruz Aslanlı övladının ali məktəbə daxil olması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edib.

Hadisə zamanı müğənni İzzət Bağırov və Elməddin Abbasov arasında mübahisə yaranıb. İzzət Bağırovun mühafizəçiləri Elməddin Aslanovu vurublar. Ailə üzvləri hadisəyə müdaxilə ediblər. Hadisə zamanı Novruz Aslanov və Asif Nəbiyev küt alət olan "Beş barmaq"la İ.Bağırovun mühafizəçiləri tərəfindən vurulub. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Bu zaman ifaçı mərasimi yarımçıq tərk edib. Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlər Aslanov Novruzun və Nəbiyev Asifin vəziyyətini ağır qiymətləndirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə