“Bakı Gözəli-2017” gözəllik yarışmasının qalibləri bu xanımlardır FOTOLAR

"Şou Prodakşn" tərəfindən təşkil olunan “Bakı Gözəli-2017” gözəllik yarışmasının final gecəsi baş tutub. SİA-ya təşkilat komitəsindən verilən məlumata görə, final gecəsi gözləniləndən də maraqlı keçib. Belə ki, maraqlı münsiflər heyətinin olması gecəni daha da rəngarəng edib. Finala vəsiqə qazanmış 11 xanım arasından qalibləri müyyən etmək üçün həm münsiflərin, həm də final gecəsində iştirak edən qonaqların verdiyi səsvermədən istifadə olunub. Səslərin 50% münsiflər, 50% isə qonaqların verdiyi səslər tamamlanıb. “Bakı Gözəli-2017″nin qalibləri : III yerin sahibləri Suzana Belova, Leyla Məmmədzadə, Səma Camalova, II yerin qalibləri Zülfiyyə Babayeva, Vüsalə Cəforova, I yerin qalibi isə Aysel Manafova olub.

Birinci yerin qalibinə layihənin təşkilatı dəstəkçisi olan “Marvel Tours” Turizm şirkəti tərəfindən Türkiyəyə istirahət kuponu, "Şou Prodakşn" tərəfindən tac, lent, diplom və s. təqdim olunub. Digər yerlərin sahiblərinə də lent, diplom və s. müxtəlif növ hədiyyə və mükafatlar təqdim olunub.

“Bakı Gözəli-2017” gözəllik yarışmasının informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə