Müğənni Damla yenilik edəcək. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Rübail Əzimovla illər sonra görüşdük. Ondan 2 mahnı aldım. Bəstənin birinin adı çox fərqlidir. Xüsusi ilə qeyd edim ki, yeni mahnım sevənlərin dilindən düşməyəcək. Sözügedən bəstəmi nakam məhəbbət yaşayanlara həsr edirəm. Bu mahnı repertuarımda olmayan bəstə olacaq. Onu da deyim ki, qarşıdakı həftə adını demək istəmədiyim yeni mahnıma klip çəkdirirəm".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB