Nail Naiboğlu daha bir filmin çəkilişlərinə start verdi AÇIQLAMA-FOTOLAR
Rejissor Nail Naiboğlu daha bir filmin çəkilişlərinə start verib. SİA-ya bu haqda rejissorun özü danışıb: "Yeni film çəkirəm. Belə ki, "Qafqazın əfsanəsi" adlanan film Qafqazda Kyokuşin Karate üzrə yeganə dünya çempionu olan Səlahət Həsənov haqqındadır. Filmin çəkilişlərinə artıq start verilib. Ekran işinin dekabr ayında təqdimatı keçiriləcək. Filmdə həm sənədli, həm də bədii kadrlardan istifadə olunacaq. Onu da vurğulayım ki, "Qafqazın əfsanəsi" adlı filmi Azərbaycan Kyokuşin Karate Federasiyasının sifarişi ilə çəkirəm".
Qeyd edek ki, bu günlərdə Yaponiyada dərc olunun "Karate Life" jurnalı idmançı Səlahət Həsənov haqqında böyük yazı dərc edib. Yazıda azərbaycanlı idmançımız Qafqazın əfsanəsi kimi təqdim olunub. Elə filmin adı da buna istinad olunub.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB