Yaradıcılığına uzun zamandır fasilə verən bəstəkar-müğənni Rəhim Rəhimlidən xəbər var. SİA-nın məlumatına görə, hər zaman "hit" mahnılar ərsəyə gətirən ifaçı yayın sonunda damğa vuracaq iş ortaya qoyub. Belə ki, Rəhim reperlər Nadir Nağd Pul və Ramil Nabran ilə birlikdə "Başladma" adlı mahnılarını təqdim edib.
Səsyazma studiyasında olan məşhurlar, elə orada maraqlı klip ərsəyə gətirməyi bacarıb. Ekran işinin müəllifi Sabir Nəsiblidir. Klipdə ifaçılarla yanaşı, Elşad Xose və Xose Bernardonu da görmək mümkündür.
Mahnının musiqisi Rəhim Rəhimli və Nadirə, sözləri isə Ramil Nabran və Nadirə aiddir. Mahnının aranjemanı "Prod beats by Mantra" edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB