Məşhur aparıcı sevgilisi tərəfindən güllələndi FOTO

Məşhur aparıcı sevgilisi tərəfindən güllələndi FOTO

Türkiyənin məşhur aparıcısı Vatan Şaşmaz öldürülüb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, hadisə Beşiktaşda otellərdən birində baş verib. Aparıcının bir aydır oteldə qaldığı sevgilisi, keçmiş model Filiz Aker tərəfindən öldürüldüyü bildirilir.

İddialara əsasən, cütlük mübahisə edib. Vatan otaqdan çıxmaq istədikdə Filiz ona 4-5 dəfə atəş açıb. Daha sonra isə silahla özünü başından güllələyib.

Səsə otelin işçiləri gəlib və hər iki şəxsi ölmüş görüblər.

Hazırda faktla bağlı araşdırma gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə