Azərbaycanlı müğənnidən gözlənilməz etiraflar FOTOLAR

Azərbaycanlı müğənnidən gözlənilməz etiraflar FOTOLAR

Müğənni Aynişan Quliyeva maraqlı etiraflar edib. SİA-nın məlumatına görə, ifaçının bu sözlərinə hər kəs maraqla yanaşıb: "Bir insanı varlığınla xoşbəxt edə bilmirsənsə, ondan dərhal uzaqlaş. Çünkü bu münasibət həm səni kədərləndirir, həm də əsəbi edir. Səni yüzlərlə insanın sevdiyi halda, niyə səni sevməyən insana zamanını xərcləməlisən? Sevmək gözəldir. Amma yalnız sevildiyini bildiyin halda. Sevildiyindən əmin olduğunda qarşındakı insan əgər sən onun həyatında ola-ola hələ də kimlərinsə axtarışındadısa, nəyi gözləyirsən? Nöqtəni qoy. Bəzən sevilmədiyini özünə etiraf etmək çətin olur. Amma ömrünü boşuna xərcləməkdən daha rahatdır. Sizə dəyər və sevgi verənin yanında olun. Anlamsız, adı olmayan münasibətləri vaxtında bitirin. Xoşbəxt olun".

İfaçı yeni fotossesiya da etdirib. Onun yeni şəkillərini fotoqraf Bəhruz Əlizadə çəkib.

Sözügedən fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə