Demet Akalın: "Uşaq dünyaya gətirməyəcəm”

Demet Akalın: "Uşaq dünyaya gətirməyəcəm”

Müğənni Demet Akalın hamilə olması ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Okan Kurtla evli olan və 2014-cü ildə ilk övladını qucağına alan ifaçı haqqında yayılan xəbəri təkzib edib. O, İnstaqram səhifəsində bu barədə yazıb: “Çox əsəbləşdirirsiniz bu xəbərlə. Hər gün səhnədə içdiyim içkini görmürsünüzmü? Ya səbr! Uşaq dünyaya gətirməyəcəm”.

Qeyd edək ki, ötən gün Demet İnstaqramda yeni fotosunu paylaşıb. Şəklin altına həmkarı Seren Serengil “Nə gözəlləşmisən, hamiləsən?” şərhini yazıb. Bundan sonra hər kəs Akalını təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə