Samiraldodan onu təhqir edənlərə cavab: "Dırnaqlarımın içi tər-təmizdir" VİDEO

Samiraldodan onu təhqir edənlərə cavab: "Dırnaqlarımın içi tər-təmizdir" VİDEO

Sosial şəbəkələrin ulduzuna çevrilən stilist Samiraldonu "İnstagram" səhifəsində "yıxıb, sürüyüblər". SİA-nın məlumatına görə, Samiraldonu xəstə adlandırıblar və təhqir ediblər.

Stilist həmin şəxslərə sərt cavab verib: "Kişiyəm, nəyəm, kimə nə dəxli var?! Xəstəyəm, kimə nə dəxli var? Xəstə adam minlərlə insanın sevgisini qazana bilməz. Xəstə adam sıfırdan bu qədər iş görə bilməz, halallıqla pul qazana bilməz. O xəstə sizsiniz ki, kiminsə qəlbinə dəyir, kimisə təhqir edirsiniz. Həmin adamların hərdən səhifələrinə baxıram sifətlərindən zibil yağır. Sən bir özünə bax, sonra de ki, Samiraldodan iyrənirəm. Samiraldonun dırnaqlarının içi tər-təmizdir. Özünüzü şir kimi aparırsınız. Amma şir deyil, tarakansınız. Belə olmaz. Çünki mənim heç kimlə işim yoxdur. Hamıya eyni gözlə baxıram, hörmət edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə