Gənc prodüser Mikayıl: “Prodüserin işi toy tutmaqdır”-MÜSAHİBƏ
Azərbaycanın gənc prodüseri Mika ləqəbli Mikayılın SİA-ya müsahibəsi
- Mikayıl, əgər prodüser sözünə azərbaycansayağı yanaşsaq, bu sənət birinin başqası üçün yaşaması deməkdir. Yəni prodüser həyatını hər hansı bir müğənniyə həs edib pul qazanır. Nə vaxta qədər kimin üçünsə yaşayacaqsan?
- Prodüserlik əslində çətin sənət deyil, gərək bacarasan da, bacaran üçün asandır. Men bilmirəm bu iş kimin üçünsə çətin, kimin üçünsə asandır. Mən şəxsən işimi çox gözəl bacarıram. O ki qaldı sizin sözünüzə, yaşamaqdırsa, mən özüm üçün yaşayıram.
- Hələ çox gəncsən, lakin bildiyim qədər uzun müddətdir ki, bu sənətdəsən?
- 24 yaşım var. Artıq 2006-cı ildən bu sənətdəyəm. Sənətimdən də çox razıyam. Maraqlı işdir, lakin bacaranlar üçün, ilk dəfə mən bir müğənni ilə işləmişəm, lakin indi adını çəkməyəcəyəm. Bu gün işə başladım, səhəri gün həmin müğənni üçün 3 toy tutdum. Bunu bəlkə də heç bir prodüser etməyib. Bizim işimiz nədir ey, toy tutmaqdır da!
- İşlədiyin müğənnilərdən kiminlə bağlı yadda qalan maraqlı anlar olub?
- Olub, əlbəttə! Ən çox İlhamə Qasımova ilə işlədiyim üçün onunla bağlı sərgüzəştlərimiz olub. Biri yadımdadır: "İlhamə xanım maşını təzə almışdı. Hələ yaxşı idarə edə bilmirdi. Bizi Novxanıya tədbirə çağırmışdılar. İlhamə yolda avtomobil sürənlərin çoxu ilə dalaşa-dalaşa getdi. İşıqforu ümumiyyətlə vecinə almırdı. Nəhayət gəlib çıxdıq Sumqayıta. Yolda maşını saxlamışıq. İndi soruşuruq ki, Sumqayıta necə gedirlər, yolda dayanan bir nəfər dedi ki, siz Sumqayitdasız da!.."
- Həmkarlarınla münasibətin necədir? kiminlə dost, kiminlə rəqib kimi münasibətdəsən?
- Prodüserlədən Təranə Səmədova, Şaba, Roland, Mədinə xanımı çox bəyənirəm. Onlar çox yaxşı insanlardır, münasibətim də əladır. Bu sırada adlarını çəkmədiklərimlə isə nə pis nə də yaxşı münasibətim yoxdur. Qalanlarını heç tanımıram.
- Eşitdiyimə görə böyük bir holdinqdə prodüser kimi fəaliyyət göstərmisən?
- Böyük! Hə çox böyük idi, qaldırmaq belə olmurdu... Xeyr, holdinq deyil, adi bir prodakşn idi. Rəhbəri isə bir prodüser. Orada da mən 10 ay işləmişəm, prodüser vəzifəsində çalışmışam. Belə! Gəl bu öz fəaliyyət dərnəklərindən danışmayaq.
- İndi də musiqi qrupu yaradırsan?
- Nə qrup, yalan xəbərdir. Mənim maddi imkanım axı buna yol vermir. Niyə mən digər prodüserlər kimi 5-6 nəfər adamı yığım, onlara yalan vədlər verim ki, ay sizi belə məşhur edəcəyəm, bunu edəcəyəm. Sonra da gedim faizə pul götürüm ki, 1-2 dəfə qrupumu hər hansı efirə çıxaracağam və xaricdə səviyyəsiz diskotekalarda konsertini təşkil edib, burda gəlib deyəcəyəm ki, konsertləri olub. Lazım deyil. Sponsor olsa qrup açmağa nə var ki!
- Eşitmişəm ki, hazırda İlhamə Qasımova ilə işləyirsən. Bir müddət idi ki, münasibətləriniz soyuq idi.
- İndi hər şey normaldır. İlhamə ilə barışmışım.
- Nə vaxta qədər davam edəcək bu əməkdaşlıq?
- Yəqin ki, aradakı xəbər aparıb gətirən adamlar olmasa əməkdaşlığımız uzun çəkər.
- İşlərin şəxsi həyatına mane olmur ki? Cavan oğlansan.
- Yox, heç bir maneçiliyi yoxdur. Şəxsi həyatım barəsində sizə bir açıqlama verim ki, 6-7 aya evlənirəm.
- İşini axıra qədər davam etdirəcəksən?
- Ən çox sevdiyim sənət bankir işləməkdir. ALLAHın köməkliyi ilə qismət olsa işləyərəm.
- Eşitmişik həm də şeir yazırsan.
- Hə. Bu da mənim hobbimdir. Hətta sözlərimə mahnı da oxunub. Bu xalq artisti Nazpəri Dostəliyevanin "Azərbaycan" mahnısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB