Aktyor: "Səni torpağa tapşırdığım günü heç vaxt unutmuyacam" FOTO
Xəbər verdiyimiz kimi, aktyor Covdət Şükürovun atası dünyasını dəyişib. SİA-nın məlumatına görə, aktyor atası haqda hər kəsi kövrəldən sözlər deyib: "Atam, artıq 5 gündür ki, sənsiz qalmışam. Səni necə çox istədiymi və səninlə nəfəs aldığımı deyə bilmədim. İstədim hər zaman mənimlə fəxr edəsən. Bu vaxtadək nə rol oynadımsa, hər zaman gözlədim ki, birinci məni səni tərifləyəsən. Sənə layiq olmağa çalışdım. Hər addımımda səni düşünərək, adını yüksək tutmağa çalışdım. Hər övlad atasının ən yaxşı valideyn olduğunu düşünür. Amma sən həqiqətən ən yaxşı ata idi. Mənə son baxışını heç vaxt unutmayacam. Mənim kövrəldiyimi görüb, gözündən süzülən yaşı, qoxunu, səni torpağa tapşırdığım günü unutmuyacam. Buna görə də heç vaxt özümü bağışlamayacam. Səni həyatda sağlam şəkildə saxlaya bilmədim. Çarəsiz qaldım. Gizlin ağlamağa məhkum oldum. Üzünə baxıb "hər şey yaxşı olacaq" dedim. Amma hamısı yalan idi. Həyat davam edir. Amma onu bilirəm ki, mən heç vaxt əvvəl ki insan ola bilməyəcəm. Çünki ürəyimin parasını itirdim. Hər bir övlada sənin kimi ata arzulayıram. Səninlə vidalaşmıram. Çünki sən mənim ürəyimdəsən. Ata, tez-tez yuxuma gəl. Səni orda tək qoyduğuma görə məni bağışla. Səni bütün varlığımla çox istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB