Uzun müddətdir yüksək təzyiqdən əziyyət çəkdiyi üçün aktyor Kuzey Varqın xəstəxanaya yerləşdirilmişdi. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, 1 ay yarımdır reanimasiyada olan Kuzey səhər saatlarında vəfat edib.
Bu haqda aktyorun kürəkəni xəbər verib. O, "Nəşi Marmarisdən İstanbula gətiriləcək. Cümə axşamı cənazə namazından sonra dəfn ediləcək" deyib.
Kuzey 2014-cü ildə təzyiq şikayəti ilə xəstəxanaya yerləşdirilmiş, bir müddət müalicə olunduqdan sonra evə buraxılmışdı. 2015-ci ildə isə onda parkinson xəstəliyi aşkarlanmışdı.
Xatırladaq ki, Varqın sonuncu dəfə "Kurtlar vadisi pusu" serialında Adil Eşrefoğlu obrazını canlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB