Azərbaycanlı aktrisa ənənəsinə sadiq qalmadı AÇIQLAMA

Azərbaycanlı aktrisa ənənəsinə sadiq qalmadı AÇIQLAMA

Aktrisa Mətanət Əhmədovadan yeni xəbər var. SİA-ya danışan aktrisa yaradıcılığında yenilik etdiyini bildirib: "Telekanalların birində yayımlanan serialda rol almışam. Ekran işi "İmtahan" adlanır. Serialda "Xanım" adlı obrazı canlandırıram. Onu da deyim ki, bir çox seriallarda əksər vaxtı mənfi rolda olmuşam. Bu dəfə isə ənənəmə sadiq qala bilmədim. Belə ki, bu dəfə serialda müsbət obrazdayam. Tamaşaçıları "İmtahan" adlı seriala baxmağa dəvət edirəm. Çox maraqlıdır".

Qeyd edək ki, "İmtahan adlı serialın rejissoru Ramin Nəbiyevdir. Ekran işi həftənin 5 günü evlərinizin qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə